XidmətlərSahələrPaketlərTexnologiyaƏlaqə Akademiya
Hüquqi

İstifadə şərtləri

itnuvo.com və ITNuvo Akademiyadan istifadə qaydaları.

Xidmət

itnuvo.com ITNuvo-nun tanıtım və IT xidməti saytıdır: burada IT və şəbəkə xidmətlərimiz, paketlərimiz və əlaqə məlumatlarımız təqdim olunur. Sayt eyni zamanda IT sahəsində maarifləndirmə xarakteri daşıyır.

ITNuvo Akademiya şəbəkə və IT mövzularında pulsuz təhsil materialları təqdim edir. Materiallar məlumat xarakterlidir. Real sistemlərdə konfiqurasiya etməzdən əvvəl öz mühitinizdə yoxlayın.

Təklif və iradlar

Hər hansı təklifiniz və ya iradınız varsa, [email protected] ünvanına yazın. Hər müraciəti oxuyuruq və onun üzərində işləyirik.

Hesab

Akademiyanın dərslərini oxumaq üçün Google hesabı ilə daxil olmaq lazımdır. Hesab Google ilə yaradılır. Hesabınızın təhlükəsizliyinə siz cavabdehsiniz. Saytdan sui-istifadə edən hesablar bağlana bilər.

Məzmun

Dərslərin mətni, şəkilləri və testləri ITNuvo-ya məxsusdur. Şəxsi öyrənmə üçün istifadə edə bilərsiniz. İcazəsiz kopyalanıb yayılması qadağandır.

Ticarət nişanları

Cisco®, CCNA® və digər adlar öz sahiblərinə məxsusdur. ITNuvo Akademiya bu şirkətlərlə əlaqəli deyil və onların rəsmi təlim materialı deyil.

Qiymət

Hazırda bütün kurslar pulsuzdur. Gələcəkdə ödənişli məzmun əlavə olunarsa, şərtlər bu səhifədə əvvəlcədən elan ediləcək.

Əlaqə

[email protected]

Son yenilənmə: 23 oktyabr 2026