XidmətlərSahələrPaketlərTexnologiyaAkademiyaƏlaqə
01 — Şəbəkə

Wi-Fi və internet infrastrukturu

Qonaq şikayət etmədən işləyən Wi-Fi. Siqnalı ölçürük, zəif zonaları tapırıq, qonaq və heyət şəbəkəsini bir-birindən ayırırıq.

Tanış vəziyyət

Bu problemlər tanışdırsa

Otaqlarda siqnal zəifdir

Lobbidə əla, 3-cü mərtəbənin sonunda isə Wi-Fi yoxdur. Qonaq rəydə məhz bunu yazır.

Hamı bir şəbəkədədir

Qonaq telefonu, kassa və kameralar eyni şəbəkədədir. Bu həm yavaşlıq, həm də ciddi təhlükəsizlik riskidir.

Kim nə qədər istifadə edir, bilinmir

Bir qonaq böyük fayl yükləyir, qalan hamı üçün internet dayanır.

Nə edirik

Addım-addım

Əvvəlcə pulsuz yoxlama ilə real vəziyyəti görürük, sonra yalnız lazım olanı edirik.

  1. Siqnal ölçməHər mərtəbə və zona üzrə ölçürük, zəif yerləri xəritədə göstəririk.
  2. SegmentləşdirməQonaq, heyət, kassa və kameralar üçün ayrı VLAN-lar qururuq. Bir-birini görmürlər.
  3. Access point yerləşdirməMövcud avadanlığı düzgün yerə köçürürük, yalnız lazım olan yerə yenisini təklif edirik.
  4. Qonaq girişiHotspot səhifəsi, SMS və ya parol ilə giriş, qonaq üçün sürət limiti.
  5. MonitorinqŞəbəkəni 24/7 izləyirik. Cihaz düşəndə siz yox, biz xəbər tuturuq.
Nəticə

Siz nə qazanırsınız

Ölü zona qalmırÖlçmə ilə təsdiqlənmiş örtük
Ayrı şəbəkələrQonaq kassaya çata bilmir
Sabit sürətBir istifadəçi hamını yavaşlatmır
Bu xidmət ən çox lazım olan sahələr
Suallar

Tez-tez soruşulur

Xeyr. Əksər hallarda mövcud avadanlığı yenidən yerləşdirmək və düzgün sazlamaq kifayət edir. Yeni avadanlıq yalnız ölçmə ehtiyacı göstərəndə təklif olunur.

Dəyişiklikləri ən az yüklü saatlarda edirik və əvvəlcədən sizinlə razılaşdırırıq.

Obyektinizdə nə baş verdiyini bilmək üçün gözləməyin

Təxminən 40 dəqiqəlik pulsuz yoxlama və bir səhifəlik aydın hesabat. Öhdəlik yoxdur.

Pulsuz yoxlama üçün müraciət edin